SAM-ın direktoru Braziliyanın rəsmi nümayəndələrini qəbul edib FOTO

SAM-ın direktoru Braziliyanın rəsmi nümayəndələrini qəbul edib FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Braziliya Respublikasının rəsmi nümayəndələrini qəbul edib. SAM-dan SİA-ya verilən məlumata görə, nümayəndə heyəti Braziliya Deputatlar Palatasının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin sədri Nelson Pellegrino, komitənin üzvü, Deputatlar Palatasının müvəkkili Klaudio Kajado və Komitənin 3-cü sədr müavini Urjeni Roşadan ibarət idi. Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb.

SAM-ın direktor müavini Gülşən Paşayeva regionda hazırkı vəziyyət, xarici siyasət və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov Azərbaycanın enerji faktoru, geosiyasi məqsədlərin həyata keçirilməsində rolu barədə, İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı Azərbaycan və Braziliya iqtisadi inkişaf yolu arasındakı oxşarlıqlar (inkişaf sürəti, orta sinfin yaradılması ilə bağlı təcrübə mübadiləsi və s.) barədə məlumatlar veriblər.

Qeyd edək ki, görüşün sonunda qonaqlar gələcəkdə Braziliya və Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün öz dəstəklərini əsirgəməyəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə