Elşən Musayev: “’Əli Kərimlinin moizələri öz “qüdrət”ini işin yekununda göstərəcək”
"Əli Kərimli çox güman ki, siyasi romantikaya qapıldığının fərqindədir və öz dilindən çıxanların nə qədər absurd məntiqə əsaslandığını da anlamamış deyil. Sadəcə bu məqamda ediləcək bir şey qalmayıb. Ətrafındakı fanatları və qrant, pul-para aldıqları dəstəkçi qüvvələri ən azından seçkiyə qədər bir şəkildə idarə etmək lazımdır. Yoxsa vahid namizədlik adlı - illər uzunudur kabusa çevrilən və dalana dirənən məsələni heç gərəkməyən anda yenidən gündəmə gətirməyin başqa nə anlamı ola bilərdi ki?". SİA-nın verdiyi məlumata görə, bu fikirləri politloq Elşən Musayev AXCP sədri Əli Kərimlinin "Milli Şura" haqqında söylədiyi fikirlərə münasibət bildirərkən söyləyib.
Politoloq daha sonra bunları əlavə edib: "Ənənəvi müxalifətin nəyə qadir olduğu ortadadır və bu mövzu ətrafında bundan sonra milyon dənə də əlavə müzakirələr açılsa yenə mahiyyət dəyişməz olaraq qalacaq. Kimsənin də bu ölkədə boğazdan yuxarı söylənilən fikirlərə, populist çıxışlara, saxta qəhrəman jarqonlarına aldanacaq, aludə olacaq halı yoxdur. Çünki siyasi meydanın, axarın, axının nəbzini tutmaq insanlar üçün bu gün artıq keçilməz bir baryer deyil. Hər kəs də fərqindədir ki, 20 illik uğursuzluğun kampansasiyasını 20 günün ərsəyə gətirdiyi bir təşkilatla - "Milli Şura "ilə bərpa etmək olmaz. Bunun üçün fikir deyil, insan resursu gərəkdir . Hansı ki, müxalifətimizin də ən kasad və ağrılı nöqtəsidir.
Əli Kərimli iddia edir ki, sonucda vahid namizəd məsələsini həll edəcəyik. Necə Əli bəy? Öz qəzetində Qəmbər haqqında yazdırdığın təhqiramiz yazılarlamı? Üzdə həmrəylikdən danışıb altdan mirzələrinlə göndərdiyin "müsavatçılar heç bir məqamda önə keçməsin, keçməməlidir, keçə bilməz", - adlı mesajlarınlamı? Yoxsa mətbuata saxta reytinq cədvəlləri ötürməkləmi, ya da Prezidentlik namizədliyinə münasibətdə öz ətrafına xitabən "mən imtina edəcəm-amma siz dirəşin "- səmimiyyəti iləmi?
Hələ "Milli Şura"nın elan olunduğu 1 sutka deyil, artıq aləm deyib bir-birinə. Biri təşkilatdakı üzv sayının "razborkası"nı aparır, digəri "açıq qapı" doktrinası elan edir, bir başqası da özünə əl qatıb ki, vahid namizəd kim olacaq...?
Siz ortalığa bir nizamnamə, bir fəaliyyət proqramı qoydunuzmu ki, hələ olmayan təşkilatın olmayan tərkibini də müəyyən edəsiniz? Və ya ortada olmayan nəyisə bölüşdürmək hansı istedadın, məfkurənin məhsuludur görəsən?
Yoxdur Azərbaycanın radikal müxalifətinin potensialı! Xalq anlayıb, özləri də anlasın artıq! Kvartal başı fərqli tərkiblə elan etdikləri təşkilatların adını dəyişməklə işin və nəticənin mahiyyətinə təsir edə bilməyəcəklər! Əlilərin, İsaların, Rüstəmlərin, Eldarların moizəsi öz keyfiyyətini, "qüdrət"ini həlledici məqamlarda və işin yekununda göstərəcək! Bu insanlar hər seçkidə fərqliı qüvvələrə yarınaraq, müxtəlif rənglərə boyanaraq - narıncı, yaşıl, göynəklərə, libaslara bürünərək nəhayətnidə siyasətçiyə deyil, göy qurşağına bənzəyəcəklər. O da ki, ən yaxşı halda...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB