"Elə proqram yaradılacaq ki, Azərbaycan dili internetdə tədris olunacaq. Bu sahədə işlər görülür. Prezident seçkilərindən sonra bu məsələni həll etmək üçün bir araya gələcəyik". SİA-nın məlumatına görə, bunu açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli deyib.
Onun sözlərinə görə, Azərbacan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, may ayından ölkədə dövlət dilinin normalarının pozulması hallarını araşdırmaq üçün genişmiqyaslı monitorinqlər başlayacaq.
F. Veysəlli bildirib ki, monitorinqlər əvvəlcə televiziya və radio verilişlərində aparılacaq: "Bunun üçün verilişlər lentə yazılaraq köçürüləcək, daha sonra təhlil ediləcək. Yekun rəy verilişlərin rəhbərləri və aparıçıları ilə birgə müzakirə olunacaq. Monitorinqin aparılması üçün Monitorinq Qrupu yaradılacaq. Artıq monitorinq aparılması üçün bır sıra avadanlıqlar-diktafonlar, kameralar alınıb. Monitorinqin nəticələri tövsiyə xarakterli olacaq və inzibati tədbirlər nəzərdə tutulur. Monitorinq nəticəsində dil qaydalarını pozmayan işçilərə sertifikatlar veriləcək".
Veysəllinin sözlərinə görə, Azərbaycan danışıq dilinin tənzimlənməsi ilə bağlı vahid normativ sənəd hazırlanacaq və Milli Məclisə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB