Zərif xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Zərif xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

"Səs" qəzetinin redaksiyasında ölkə həyatında baş verən ictimai-siyasi hadisələr, tarixi olaylar, cəmiyyətdə maraq doğuracaq mövzular ətrafında illərdir ki, dəyirmi masalar təşkil edilir. Bu ənənənin davamı olaraq bu gün keçirilən növbəti dəyirmi masa dünya oftalmologiya elminin tanınmış siması, şərəfli, zəngin həyat yolu ilə seçilən tədqiqatçı alim, həkim kimi imzasını tarixə öz imzasını atan Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunub.

Dəyirmi masada YAP Qadınlar Şurasının sədr müavini, Bakı şəhər 7 saylı uşaq yoluxucu xəstəxanasının baş həkimi Məhəbbət İbrahimova, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Maqsud Qasımov, Azərbaycan Tibb Universitetinin dossenti Nağdəli Zamanov, Məlikov adına 6 saylı Bakı şəhər xəstəxanasının terapiya və nevrologiya şöbəsinin müdiri Sevil Eyvazova, Səbail rayon 3 saylı vərəm əleyhinə dispanserinin baş həkimi Nəzakət Feyzullayeva, Səbail rayon 34 nömrəli şəhər poliklinikasının baş həkimi Vəfa Əliyeva iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı qaranlıq, ümidsiz dünyalara şəfa verən, ümid gətirən Zərifə xanım Əliyevanın qəlb dünyasının işığı, elmi zəkası ilə bu işlərə imza atdığını bildirib. O, qeyd edib ki, Zərifə xanım elmi kəşflərinin, axtarışlarının nəticəsində Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə nail olub. Bu baxımdan onun fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin, mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

O, dəyirmi masa iştirakçılarının belə bir nurlu simanın keçdiyi həyat yolunu 90 illik yubileyində xatırlayaraq Zərifə xanım Əliyevanın hər kəsə örnək olacaq ömür yoluna, insani keyfiyyətlərinə, zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlara, qazandığı nailiyyətlərə, yaratdığı fundamental əsərlərə nəzər salaraq öz xatirələrini bölüşməyi bildirdi.

Tədbirdə iştirak edənlər Zərif xanım Əliyevanın dövründə yaşamış, onun müasiri olmuş mütəxəssislərlə yanaşı, bu gün tibb sahəsində çalışan həkimlər Zərifə xanımın oftalmologiya elminə gətirdiyi yeniliklər, onun nailiyyətləri əsasında Azərbaycan tibb elmində əldə edilən uğurlardan danışıb, onun elmi nailiyyətlərindən söhbət açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə