Lənkəran ŞIH-nin başçısı əhali ilə görüşlərini intensivləşdirib FOTO
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti görüşünü Sütəmurdov kəndində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə Lənkəran ŞİH başçısının Sütəmurdov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Hüseynovun ərazidə əhalinin məşğuliyyəti, kəndin sosial-iqtisadi sahəsində görülmüş işlər barədə məlumat verib, bir sıra həlli vacib məsələləri İcra başçısının diqqətinə çatdırıb.
Sütəmurdov bələdiyyəsinin sədri Emil Məmmədov kənddə aparılan abadlıq, səliqə-səhman işləri,bələdiyyənin xətti ilə həyata keçirilən bir sıra sosial məsələlər barədə məlumatı dinlənilib.
Sonra kənd sakinlərindən Rahab Nəzərov, Fərəməz Bayramov, Mahmud Məmmədov və başqaları çıxış edərək respublikamızda, o cümlədən Lənkəranda aparılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərindən danışıb, həllini gözləyən bəzi problemləri diqqətə çatdırıb, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə yüksək səviyyədə hazırlaşdıqlarınıi, qarşıdan gələn növbəti prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini əminliklə bildiriblər.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bildirib ki, ötən ilin may ayında bu ərazidə əhali ilə keçirilən görüşdən sonra ərazidə xeyli iş görülüb və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yaxın aylarda Sütəmurdov kəndində təbii qazın açılışı nəzərdə tutulub. Kənddə yeni su-kanalizasiya layihəsi həyata keçirilir, burada digər sosial infrastruktur layihələr yerinə yetiriləcəkdir. İcra başçısı ölkəmizdə sosial-iqtisadi sahələrdə əldə edilmiş uğurlardan danışarkən qeyd edib ki, xalqla dövlətin vəhdəti qazanılmış uğurların möhkəm bünövrəsini qoyub. Bu və digər nailiyyətlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bəhrələridir. Ümummilli Liderimizin şah əsəri olan Azərbaycanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hər birimiz öz töhfəmizi verməliyik. Vətənini sevən hər bir vətəndaş dövlətini də sevməlidir.
Taleh Qaraşov həmçinin son 10 ildə dövlətimizin iqtisadi qüdrətinin artmasından söz açaraq dünyanın ən nüfuzlu beynəlxalq qurumları tərəfindən Azərbaycanda gedən sürətli inkişafın dəstəkləndiyini, respublikamızın dünya iqtisadiyyatına inteqrasiya olunduğunu söyləyib. Əlavə edib ki güclü dövlətin formalaşdığı Azərbaycanda, yüksək tolerantlığın mövcud olduğunu, Azərbaycanın hamımızın ümumi və bölünməz evi olduğunu vurğulayıb.
İcra başçısı sonda lənkəranlıların həmişə olduğu kimi dövlət başçımızın ətrafında daha da sıx birləşəcəyini, qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısına səs verəcəklərinə əminliyini bildirib.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB