Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, muzeyin direktoru Leyla Əliyeva Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilməsinin vacibliyini qeyd edib, o vaxtacan heç bir azərbaycanlının, o cümlədən Gürcüstanda yaşayan həmvətənlərimizin təbliğat kampaniyasından kənarda qaqlmağa haqqı olmadığını vurğulayıb.
Deputat Gürcüstan parlamentinin Xocalı soyqırımına münasibət bildirməsi üçün müraciət olunduğunu demiş və gələcəkdə bu yöndə işin fəallaşdırılacağını vurğulayıb.
İştirakçılara Xocalı soqırımından bəhs edən foto və kitablar nümayiş olunub. Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş "Xocalı qətliamı" filmi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB