Azərbaycan Türkiyə istehsalı olan 60 helikopter alacaq. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Azərbaycan Türkiyənin "Türk Havacılık ve Uzay Sanayii" (TAI) aerokosmik şirkətinə bu il istehsalına başlayacaq T-129 ATAK helikopterlərini sifariş edib.
Qeyd edək ki, helikopterlərin ümumi qiyməti 3 milyard dollara başa gələcək. Azərbaycandan başqa helikopterlərin alınmasında həmçinin BƏƏ, Malayziya, Pakistan və İordaniya maraq göstərib.
ATAK helikopterlərinin istehsalı Türkiyənin öz ordusunun silah, texnika təminatına yönələn dövlət proqramının tərkib hissəsidir. Hazırda Türkiyə bu sahədə 50 faizlik təminata sahibdir.
Məlumat üçün bildirək ki, ATAK helikopterləri 300 kilometr saatadək sürət yığa, istənilən hava şəraitində uçuşlar həyata keçirə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB