28 yanvar 2013-cü ildə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq "Gənclərin Avrointeqrasiya Modeli" Forumu keçirəcək. AGAT-dan SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanın avrointeqrasiya prosesində gənclərin rolunu, gənclərin aktivliyi bu prosesdə aşılamaq və Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində avrointeqrasiyanın əhəmiyyətini vurğulamaqdır.
Belə ki, AR Prezident Administrasiyasının ictimai təşkilatlarla iş üzrə sektor müdiri Elman Paşayev, AR Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Avropa Birliyinin Azərbaycandakı nümayəndə rəhbəri Roland Kobia, Fransanın Azərbaycandakı səfiri Paskal Meunyer, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iştirak edib məruzə edəcək.
Forumda Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda QHT-lərin rolu, Avropa təsisatlarında Azərbaycan gəncliyinin aktivliyi, avrointeqrasiya prosesində İKT-nin rolu və Azərbaycan təcrübəsi, Azərbaycan-Avropa strateji siyasətin istiqamətləri, Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, Azərbaycan-NATO əlaqələri və s. mövzularda məruzələr olacaq. Forumda müzakirələrin olması gözlənilir.
Forumda gənclər təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri və KİV iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB