Allahşükür Paşazadə: "Azərbaycana qərəzli münasibəti anlaşılan deyil”
"Azərbaycanın ərazisinin 20 faizi işğal edilib, bir milyon insan doğma yurd-yuvalarından didərgin düşüb. Lakin biz münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırıq. Xocalı soyqırımına laqeyd qalan "Freedom House" və digər Avropa təşkilatlarının Azərbaycana qərəzli münasibəti anlaşılan deyil". SİA-nın məlumatına görə, bunu "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunda çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
A.Paşazadə qeyd ki, Bakıda xristianlar, hətta sayı az olan katolik icması üçün də kilsə tikilib. Tolerantlığın daha bir nümunəsi isə erməni katolikosunun Bakıya gəlməsidir, deyən QMİ sədri bildirib ki, bir çox ölkə Azərbaycandakı dini dözümlülükdən nümunə götürməlidir.
Allahşükür Paşazadə onu da qeyd edib ki, SSRİ dağılanda Azərbaycanda 18 məscid varidisə, hazırda müsəlmanlar üçün ibadət yerlərinin sayı 2 minə çatıb.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB