Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissəni tərk edib. Bu barədə Ağdam Rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə Müdafiə Nazirliyinin Ağdam rayonundakı "N" saylı hərbi hissədə qeydə alınıb.
Əsgər Abdulov Məhəmmədəli Elşən oğlu 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək hərbi hissəni tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb, respublikanın bütün rayonlarının polis şöbələrinə məlumat verilib.
Ağdamda və daha bir neçə rayonda postlar qurulub. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, M.Abdulov Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun xidməti silahını götürərək hərbi hissəni tərk etmiş əsgəri saxlanılıb. Müdafiə Nazirliyinin Ağdam rayonundakı "N" saylı hərbi hissəsini özbaşına tərk edən əsgər Abdulov Məhəmmədəli Elşən oğlu Ağcəbədi rayonun Arazbarı kəndi istiqamətində saxlanılıb. Onu polis və hərbçilərdən ibarət operativ əməliyyat qrupu saxlayıb.
Qeyd edək ki, əsgər 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək, hərbi hissəni tərk etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB