Sabahdan havanın temperaturu yüksələcək

Sabahdan havanın temperaturu yüksələcək

Azərbaycanda noyabrın 28-dən 30-dək ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, temperaturun ötən günlərə nisbətən 2-4 dərəcə yüksələcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında noyabrın 28-də hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, gecə və səhər ayrı-ayrı rayonlarda çiskin olacağı gözlənilir.

Havanın temperaturu gecə 3-7, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə