16 Noyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi tərəfindən hazırlanan "Ali təhsil alan gənclərin elmi tədqiqatlara istiqamətləndirilməsi və müasir elmi tədqiqat metodları" adlı layihə Lənkəran Dövlət Universitetində gənc tədqiqatçılara təqdim olunub.
Çıxış edən Lənkəran Dövlət Universitetinin prorektoru, dosent Qorxmaz Ağayev "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən bu layihənin əhəmiyyətini vurğulayaraq, regionlarda yerləşən ali məktəblərin dünyanın aparıcı universitetləri ilə yaxından əlaqə qurmasında bu cür tədbirlərin əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra təqdim olunan seminar mövzularına xüsusi diqqət cəkən "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı öz çıxışında bildirib ki, bu layihə ölkənin iqtisadi potensialının intellekt kapitalına çevrilməsinə kömək edəcək və gənclərdə elmi tədqiqat işlərinə maraq oyadacaq. Bu mənada, gənclərdə zəruri elmi tədqiqat vərdişləri formalaşacaq, onlarda elmi layihələrdə iştirak etmək üçün stimul formalaşdıracaq. İnanırıq ki bu layihənin icrası nəticəsində gənclərin elmi tədqiqatlara marağı artacaq və onların müasir elmi tədqiqat metodları ilə bağlı məlumatlandırılması beynəlxalq elmi mühitə inteqrasiya olunmasına köməklik göstərəcək.
Fəlsəfə doktoru Anar Qafarovun "Akademik fəaliyyət, müasir elmi tədqiqat metodları", Fəlsəfə doktoru Ruslan Abdullayevin "Akademik fəaliyyətdə uğur qazanmağın sirləri" və Babək Quliyevin "Xaricdə təhsil və tədqiqat imkanları" mövzularındakı təqdimatları tələbələrdə böyük maraq oyandırdı.Təqdimatların sonunda Lənkəran Dövlət Universitetinin tələbələrin mövzul ilə əlaqədar sualları müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB