"Ötən gün "Binə" ticarət mərkəzindən xəstəxanamıza 40 %-kişi, 60 %- isə qadın olmaqla zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı 146 nəfər olub". Bunu SİA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, xəstələrin arasında yalnız 1-2 uşaq olub: "Müraciət edənlərin ən çox şikayətləri isə baş ağrıları və ürək bulanması olub. Tibbi cəhətdən isə onlara orta ağır və yüngül dərəcəli zəhərlənmə diaqnozu qoyulub. Onların hamısına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".
Şöbə müdiri onu da qeyd edib ki, hadisə ilə əlaqədar olaraq heç bir ölüm halı ilə rastlaşmayıblar: "Şöbəmizə ağır diaqnozda olan kimsə gətirilməyib".
Məlumat üçün bildirək ki, Respublika Baş Prokurorluğu Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktına münasibət bildirib. Baş vermiş fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılan generatorlar səbəb olub. Elektrik enerjisi kəsildiyi üçün sahibkarlar tərəfindən generatorlar işə salınıb. Generatorlarda yaranan nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. Hadisə nəticəsində 100-dən çox adam zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB