Azərbaycanlı gənclər Gürcüstanda toplaşıb

Gürcüstanda azərbaycanlı gənclərin assambleyası yaradılıb. SİA-nın məlumatına görə, bu məqsədlə təşkil edilən təsis konfransında Azərbaycandan olan qonaqlar da iştirak edib. Tədbirdə iştirak edən "İpək yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov gəncləri bu təşəbbüs münasibəti ilə təbrik edib. O, bildirib ki, Azərbaycan gənclərinin dünyanın bütün ölkələrində təşkilatlanması ölkəmizin inkişafı naminə atılan addımdır. Daha sonra F. Muradov gənclərə yeni yaranmış "İpək yolu" Beynəlxalq Gənclər İttifaqı barədə məlumat verib. Millət vəkili həmçinin qeyd edib ki, məhz bu beynəlxalq təşkilat vasitəsilə Azərbaycan gənclərinin dünyaya inteqrasiyası daha da güclənəcək.

Daha sonra tədbirdə çıxış edənlər gənclərin daim bir arada sıx birləşməsinin vacib amil olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə