Vətəndaşların maariflənmasi istiqamətində 2 yeni buklet hazırlayıb
"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Müharibədən zərər çəkmiş insanların sosial problemlərinin həllinə dair təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində 2 yeni buklet hazırlayıb. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri Emin Xanlarov verib.
E.Xanlarov bildirib ki, bukletlərin birində müharibə əlilləri, şəhid ailələri, əsir və itkin düşmüş şəxslərin ailələri, qaçqın və məcburi köçkünlər və bu kateqoriyaya aid olan şəxslərin qanunvericilikdə nəzərdə tutulan hüquq, imtiyaz, güzəştləri qey edilib. İkinci bukletdə isə sosial müavinətlər və prezident təqaüdlərinin məbləğləri göstərilib.
İB sədri bukletlərin vətəndaşların maariflənmələri nöqteyi-nəzərdən dəyərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bukletlər Sumqayıt şəhəri və ətraf qəsəbələrdə yaşayan müharibə əlilləri, şəhid ailələri, əsir və itkin düşmüş şəxslərin ailələri, qaçqın və məcburi köçkünlər arasında paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB