TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın 21-ci İllik Sessiyasında iştirak edəcək

TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın 21-ci İllik Sessiyasında iştirak edəcək

TÜRKPA nümayəndə heyəti 4-10 iyul 2012-ci il tarixlərində ATƏT PA-nın Monakoda keçiriləcək 21-ci İllik Sessiyasında iştirak edəcəkdir. SİA-nın verdiyi məlumata görə, səfərdə TÜRKPA nümayəndə heyətinə Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü cənab Kuanış Sultanov rəhbərlik edəcəkdir. Nümayəndə heyətinin tərkibinə TÜRKPA Baş Katibi cənab Ramil Həsənov da daxildir.


Sessiya çərçivəsində bir çox ölkələrin nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələri ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.


Həmçinin səfər müddətində qarşılıqlı münasibətləri müzakirə etmək məqsədi ilə TÜRKPA üzv dövlətlərinin ATƏT PA-dakı daimi nümayəndə heyətlərinin 2-ci görüşünün keçirilməsi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə