Azərbaycan Gənclər Fondu gənclər üçün info seminarlar keçirir

Azərbaycan Gənclər Fondu gənclər üçün info seminarlar keçirir

Azərbaycan Gənclər Fondu Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şura ilə birlikdə gənclər və gənclər təşkilatları üçün info seminarlar keçirir. Fonddan SİA-ya verilən xəbərə görə, seminarların keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının Gənclər Fondunda qeydiyyatdan keçməsi və layihə təklif formalarının hazırlanması qaydaları ilə bağlı məlumatların verilməsidir.


İlk info seminar Gənclər və İdman Nazirliyinin akt zalında keçirilib. Seminarda Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və Fondun digər əməkdaşları, o cümlədən 60-a yaxın gənclər təşkilatı nümayəndələri iştirak ediblər. Seminarda gənclərə maraqlı olan suallar cavablandırılıb, layihələrin yazılması qaydaları barədə müzakirələr aparılıb.


İnfo seminarlar 25 və 27 iyun 2012-ci il tarixlərində də davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə