Milli Məclisin mayın 29-da keçiriləcək növbəti plenar iclasında "2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsi müzakirə olunacaq. SİA-nın xəbərinə görə, Azərbaycanın 2012-ci il dövlət büdcəsinə bir sıra əlavələr də ediləcək. 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunub. İclasda Azərbaycanın 2012-ci il dövlət büdcəsinə bir sıra əlavələr də edilməsi nəzərdə tutulub.
Bundan əlavə, iclasın gündəliyində ümumilikdə 10 məsələnin müzakirəsi gözlənilir. Bunlara "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihələri daxildir. Həmçinin, Ticarət Gəmiçiliyi Məcəlləsi, "Mühasibat uçotu haqqında" "Dövlət rüsumu haqqında", "Patent haqqında" və digər qanunlara dəyişiklik ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB