Xəzər-Avropa İnteqrasiya İşgüzar klubu ilə ETSN-nin birgə tədbiri keçirilib - FOTO
Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar klubu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və s. iştirak edib. Mərasimdə Xəzər-Avropa İnteqrasiya İşgüzar klubun yaranması və tarixi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu klub 10 il bundan qabaq yaradılıb. Hazırda Xəzər, Qara dəniz, Baltik hövzəsində dövlət qurumları ilə birgə işlər aparılır. Bilidirilib ki, klubun yaradılmasında əsas məqsəd iqtisadiyyatın bir sıra sahələrində olan problemləri diqqətə çatdırmaqdır.
ETSN-nin müavini Novruz Quliyev çıxış edərək bildirib ki, nazirlik 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılıb. Həmin dövrdə ekologiya, təbii sərvətlər sahəsində fəaliyyət göstərən 5 dövlət qurumunun əsasında dövlət siyasətinin aparılması məqsədilə ETSN fəaliyyətə başlayıb: "Nazirlik ekologiya, təbii sərvətlər sahəsində iqlim-hava dəyişikliklərinin öyrənilməsi və proqnozlaşdırılması, geoloji və digər xidmət sahəsində fəaliyyət göstərir. Bizdə bu sahəni əhatə edən departamentlər mövcuddur. Bütün bu sahələr bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərərək vahid dövlət siyasətini həyata keçirir".
Daha sonra mərasim diskussiya şəklində davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə