YAP Yevlax rayon Təşkilatının mükafatı uğrunda ümumrayon məktəbliləri arasında şahmat çempionatı keçirilir - FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax Rayon Təşkilatının tədbirlər planına uyğun olaraq Ümummilli lider Heydər Əliyevin 89 illik yubileyi münasibətilə YAP Yevlax rayon Təşkilatının mükafatı uğrunda şahmat üzrəümumrayon məktəblərinin Yevlax çempionatına start verilib.
YAP Yevlax rayon Təşkilatının aparat rəhbəri Əli Quliyev, Yevlax şəhər təhsil şöbəsinin müdiri Raqif Mirzəyev və İcra hHakimiyyəti aparatının məsul işçisi Vaqif Əliyev çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən tədbir iştirakçılarını təbrik ediblər.
Natiqlər çıxış edərək qeyd ediblər ki, ümummilli lider və onun layiqli davamçısı prezident İlham Əliyevin şahmat idman növünə göstərdikləri yüksək qayğı və diqqətin təzahürü olaraq artıq ənənə halını almış bu turnir YAP Yevlax rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq və gənc, istedadlı şahmatçıları aşkar etmək məqsədi ilə hər il keçirilir.
Əsasnaməyə görə, turnirin dairəvi sistem üzrə keçirildiyini bildirib. Qeyd edək ki, turnirdə 10 yaşdan 16 yaşadək 44 nəfər şahmatçı yarışır. İlboyu keçirilən Respublika Şahmat turnirinin finalçıları, şahmat məktəbləri, turninin finalçıları və I, II dərəcəli şahmatçılar ümummilli lider Heydər Əliyevin 89-cu ildönümünə həsr edilmiş yarışda iştirak edirlər.
Məlumat üçün bildirək ki, turnir 9 may 2012-ci ilə kimi davam edəcək. Xatirə turnirini obyektiv keçirmək üçün YAP Yevlax rayon Təşkilatının İdarə Heyətinin qərarı ilə təşkilat komitəsi və hakimlər heyəti yaradılıb.
Qeyd edək ki, yekunda qaliblər YAP Yevlax rayon təşkilatının qiymətli hədiyyəsi və fəxri fərmanları ilə təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB