Bu gün dünyada 200 milyon narkotik istifadəçisi var. Onların 160 milyonu marixuanadan istifadə edir. SİA-nın verdiyi xəbərə görə, bu barədə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev məlumat verib.
O bildirib ki, Azərbaycanda qeydiyyatda olan 26700 narkotik istifadəçisi var ki, onlarında 80% ağır narkotikdən istifadə edir.
"Azərbaycanda yeniyetmələr arasında daha çox narkotikaya qarşı risk davranışları müşahidə olunur. Yeniyetmələr daha çox uyuducu maddələrdən istifadə edirlər ki, bunlara da kley, aseton və apteklərdə reseptsiz satılan dərmanlar daxildir. Narkotiklərlə mübarizəyə qarşı aparılan tədbirlərdə əsas məqsəd ilk öncə məktəblilər və şagirdlərin bunlardan istifadə etməsinin qarşısını almaqdır. Bu gün qeydiyyatda olan narkotiklər arasında yüksək ali təhsilli, 4-5 xarici dil bilən vətəndaşlar var ki, onlar da vaxtilə narkotikaya \"yox\" deyə bilməyiblər və bu xəstəliyə düçar olublar",- deyə Araz Əliquliyev qeyd edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB