Erməni deputatlar yenə yalan danışdılar

Erməni deputatlar yenə yalan danışdılar

AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistan nümayəndə heyətinin Bakı sessiyasından qayıtdıqdan sonra İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirilən bir sıra fikirlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, Elxan Süleymanov açıqlamasında qeyd olunur: "Hovhanisyaının Azərbaycan Respublikasının Prezidentinin çıxışından sonra guya bizim milət vəkillərinin erməni deputatlarına yaxınlaşaraq üzr istəmələri ilə bağlı verdiyi "məlumat" məndə təəssüf və təəccüb hissi doğurdu. Etiraf edim ki, bu İrəvandakı mətbuat konfransında səslənən yeganə qeyri-obyektiv fikir deyil".

Elxan Süleymanov həmçinin Ermənistan nümayəndə heyəti üzvlərinin Bakı sessiyası barədə müxtəlif mətbuat orqanlarında səsləndirdikləri qərəzli fikirlərlə bağlı AVRONEST PA və Avropa parlamentinin rəhbərliyinə müraciət ediləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə