Azərbaycan Silahlı Qüvvələrinə aid hərbi avtomobil Tərtər rayonunun təmas xəttində yerləşən Qızıloba kəndi ərazisində minaya düşüb. SİA-nın Qarabağ bürosunun veriyi xəbərə görə, baş verən hadisə nəticəsində müddətdən artıq hərbi quluqcu yaralanıb.
Hadisənin baş verdiyi ərazidən kənd sakinləri uzun illərdi ki, mal-qaranın otlaq sahəsi kimi istifadə edir. 1992-1993-cü illərdə müharibə zamanı həmin ərazilərdə qızğın döyüşlər getdiyindən minanı Qarabağ müharibəsi dövründə Ermənistan ordusu basdırıb.
Hadisə nəticəsində avtomobili idarə edən hərbi qulluqçu Raduqa Əbdürrəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayış zamanı bir ayağını itirən hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Qeyd edək ki, hərbi qulluqçunun vəziyyətinin ağır olduğu deyilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB