Sərraf Hüseynov: “İstəyirik ki, gənclərimiz Avropa gəncləri kimi yüksək səviyyəli təhsil alıb, elmdə, savadda onlar kimi müasir olsunlar” - MÜSAHİBƏ (SƏSTV)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Biriliyi mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynovun SəsTv-yə müsahibəsi
- Yeni Azərbaycan Partiyası Gənclər Biriliyi Gənclər Günü ilə bağlı hansı tədbirləri həyata keçirib?
- Yeni Azərbaycan Partiyası Gənclər Birliyi əlamətdar günlə bağlı bir sıra mühüm layihələr həyata keçirib. Bu layihələrdən biri ilk növbədə qarabağlı gənclərlə görüşümüz oldu. Bildiyimiz kimi işğal altında olan torpaqlarımızda yaşayan gənclərin hər biri birliyə, həmrəyliyə can atır. Bu birlik də onları fevral ayının 1-də bir yerə cəm etdi. YAP Gənclər Birliyinin sədri Seymur Orucov başda olmaqla nümayədə heyyətimizlə Ağdam rayonunda səfərdə olduq və bir sıra görüşlər keçirdik.
Görüşdə Ağdam rayonundan olan gənclərlə bərabər qonşu rayonlar - Bərdə, Tərtər, Ağcabədidən gələn gənclər təşkilatlarının təmsilçiləri ilə tanış olub sıx əlaqələr yaratdıq . Qeyd edim ki, YAP Gənclər Birliyinin dəstəyi ilə Ağdamda muğamla bağlı bir sıra layihələr həyat keçirilib.
Bu gün biz fevral ayını gənclər ayı olaraq qeydə alsaq da, eyni zamanda bu ayda biz əsasən Xocalı soyqırımının tanıdılması ilə bağlı müxtəlif layihələrə start vermişik. Qeyd edim ki, fevral ayının 1-dən 26-dək bu layihə davam edəcək.
Mən YAP Gənclər Birliyində gənclərin ən böyük uğurunu məhz bununla əlaqələndirirəm. Belə ki, Fransa Senatının "qondarma erməni soyqırımı\"nın tanıtımı ilə bağlı qətnamənin yalnış olduğunu etiraf etməsi və həmçinin Xocalı soyqırımını tanıtmaqda əlindən gələni əsirgəyəməcəyini bildirməsidir.
- Gənclərin fəaliyyəti, dünyaya inteqrasiya olunması sizi qane edirmi?
- Burda bir çox spektorları - mədəniyyət, elm və digər sahələri götürmək olar. Digər spektordan götürdükdə bunların hər birinin ayrı-ayrı inkişaf yönünü qeyd etmək olar. Əlbəttə, biz istəyirik ki, elm baxımından bizim gənclərimiz Avropa gəncləri kimi yüksək səviyyəli təhsil alıb, elmdə, bilikdə, savadda onlar kimi müasir və üstün olsunlar. Mənəviyyat baxımından isə Azərbaycan gəncləri şərqlilər kimi dərin mənəviyyatlı və müdrük olsunlar və eyni zamanda da digər baxımdan inkişaf etsinlər.
Gənclərin inteqrasiyası və ümumilikdə inkişafı dedikdə biz əsasən müxtəlif aspektləri və istiqamətləri nəzərə almalıyıq. Bu gün elə aspektlər var ki, bura əsasən elmi inkişaf, gənclərin mənəvi, intellektual inkişafı və digər inkişafları aid etmək olar.
Bu gün dünyada belə bir proses - kosmopolitləşmə prosessi gedir. Belə ki, gənclərdə artıq öz mədəniyyətlərini unudub mədəniyyətlərin metofizikasında olan bir mədəniyyətə yiyələnmə prosesi gedir. Mən bir gənc kimi bunu Azərbaycan gənclərinə tövsiyyə etmirəm.
Gəlin, dövlət başçımız İlham Əliyevin sitatına diqqət yetirək: "Biz gəncləri milli, vətənpərvərlik ruhunda böyütməliyik". Əlbəttə ki, milli vətənpərvərlik ruhu kosmopolit tərbiyəyə, kosmopolit mədəniyyətə müəyyən qədər zidd olan bir mədəniyyətdir.
Bu gün bizim dünyaya deyiləsi sözümüz çoxdur. Həmin sözlərin mahiyyətini haqq səsimiz təşkil edir ki, burada dövlətimizin məruz qaldığı təcavüzün, xalqımızın məruz qaldığı soyqırımının dünyaya tanıdılmasından ibarət olacaq. Bu baxımdan da biz gənclər böyük işlər görməliyik. Hər hansı bir gənc özünə ayırdığı vaxtı xalqı, vətəni üçün dəyərləndirərsə o yüksək missiyaları çiynində daşıyan bir xalq qəhrəmanı olar.
Biz öz missiyamızı dərk edərək nəyinki, Gənclər Günündə, ümumiyyətlə, il ərzində həqiqətən də xalqımızın qəhrəmanına çevrilə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB