Sumqayıt şəhərində yerləşən "İnsan hüquqlarının tədrisi üzrə resurs və təlim mərkəzində" media hüququna həsr olunan təlim təşkil olunub. Layihənin koordinatoru Emil Maqalovun SİA-ya verdiyi xəbərə əsasən, təlıimlər dekabrın 24-25- və yanvarın 7-8-də təşkil olunub. Burada iştirak edən təlimçilər dörd gün müddətində iştirakçilara "dövlət sirləri, şəxsi, peşə, bank və qanunun qoruduğu digər sirlər", "məhdud informasiyalarin anlayişi və növləri", "internet hüququ", "internetin tarixi", "internet mediasinin məlumat almaq hüququ", "internet azadliğinin və jurnalist hüquqlarinin pozulmasina görə məsuliyyət" haqda geniş məlumatlar veriblər.
Təlim çərçivəsində həmçinin onların tapşırıqları ilə iştirakçılar qruplara bölünərək qrup işi hazırlayıb və və təlimimin sonuncu günündə iştirakçılara "bloq" yaratmaq öyrədilib. Sonda media hüququ təlimində iştiraklarına görə təşkil olunan imtahandan keçən hər bir iştirakçıya sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB