Qənirə Paşayeva: “Məcburi köçkünlər tələbə yataxanalarından çıxarılmalıdır”

Qənirə Paşayeva: “Məcburi köçkünlər tələbə yataxanalarından çıxarılmalıdır”

Bu gün Azərbaycanada texniki peşə məktəbləri heç bir texniki standarta cavab vermir. SİA-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin bu güç keçirilən iclasında çıxışı zamanı qeyd edib. O, bildirib ki, büdcədən texniki peşə məktəbləri üçün çox cüzi bir vəsait ayrılıb. Vəsaitin artırılması və eyni zamanda bu sahədə islahatların aparılmasına böyük ehtiyac var.

Həmçinin o qeyd edib ki, universitet yataxanalarında da vəziyyət çox pisdir: \"Burada yaşayan məcburi köçkünlər ordan çıxarılmalı və yeni mənzillərlə təmin olunmalıdır. Rayon və kəndlərdən gələn tələbələrin özləri üçün xüsusi mənzil kirayə götürməyə imkanları çatmır. Buna görə də həmin yataxanaların təmirinə və yeni yataxanaların tikilməsinə böyük ehtiyac var\".


Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə