İqtisadi İnkişaf Nazirliyi Qurban Bayramı ilə əlaqədar istehlak bazarında nəzarət tədbirlərini gücləndirəcək. Qurumdan SİA-ya verilən məlumatda bildirildi ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət və digər ərzaq məhsullarının qiymətinin monitorinqini keçirəcək: "Monitorinqin məqsədi ətin süni şəkildə qiymətinin artırılmasının qarşısını almaqdır. Süni şəkildə qiyməti artıranlara qarşı inzibati tədbirlər görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB