Milli telefilmlərin, teleserialların çəkilişi üçün teleradio yayımçılarının hər birinə 300 000 manat vəsait ayrılacaq
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Azad Azərbaycan Teleradio Kompaniyası"nın televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. Milli Televiziya və Radio Şurası "Azad Azərbaycan Teleradio Kompaniyası"nın televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
Həmçinin iclasda teleradio yayımçıları tərəfindən milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı Milli Televiziya və Radio Şurasına daxil olan təkliflər müzakirə edilib. Şura tərəfindən ilkin mərhələdə milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə əlaqədar birdəfəlik müqavilə bağlanılması yolu ilə ümumrespublika teleradio yayımçılarının hər birinə 300 000 (üç yüz min) manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB