BƏƏ-də hakim ailəsində Azərbaycan guşəsi açılıb

BƏƏ-də hakim ailəsində Azərbaycan guşəsi açılıb

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Dubay Əmirliyinin hakim ailəsinin üzvü Şeyxə Şəmsə Həşer Əl Məktumun İdarəsində Azərbaycan guşəsi açılıb. SİA-nın xəbərinə görə, Azərbaycan guşəsi Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun təşəbbüsü ilə baş tutub. Şeyxə Şəmsə Nəşer Əl-Məktumun idarəsinin baş müdiri Əli Əl-Fələsi ilə görüşən Samir İmanov Azərbaycanın tarixinə dair ətraflı məlumat verib. Bu barədə SİA-ya Samir İmanovun özü məlumat verib.

Görüş zamanı Samir İmanov Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi Azərbaycanda əllə toxunan milli naxışlı xalçanı, Azərbaycan bayrağını, xəritəsini, "Azərbaycan – tolerantlıq məkanı", "Erməni terroru", Heydər Əliyev fondunun hazırladığı "Qarabağ həqiqətləri" və "Muğamın dirçəlişi" toplularını, eləcə də "Azərbaycan xalçaları" və Küveytli yazıçı Adil Əl-Fəlləhin ərəb dilində yazdığı "Heydər Əliyev və milli-mənəvi dəyərlər" kitablarını Şeyxə Şəmsə Həşer Əl Məktumun idarəsinə hədiyyə edib. Əli Əl-Fələsi bu hədiyyələrdən ibarət Azərbaycan guşəsinin yaradılacağını bəyan edib. O, BƏƏ Voleybol Federasiyasının Rəyasət Heyətinin üzvü, BƏƏ qadınlardan ibarət yığmasının rəhbəri və sponsoru, həmçinin dövlət əhəmiyyətli bir neçə idarə və təşkilata rəhbərlik edən Şeyxə Şəmsə Həşer Əl-Məktumun "Azərbaycan" Cəmiyyətiinin vasitəsilə Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə daha sıx əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə