Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Bu barədə SİA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, mənzil qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi şeyxülislamı Qızıl medalla təltif etmiş və ona "Xoşməramlı səfir" titulu verib.
Bu barədə beynəlxalq təşkilatın prezidenti C.Salvatonun A.Paşazadəyə ünvanladığı məktubda məlumat verilib.
Məktubda bildirilib ki, QMİ-nin sədri nüfuzlu təşkilatın təsis etdiyi Qızıl medala və "Xoşməramlı səfir" tituluna dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə, müsəlmanların dünyaya inteqrasiyasındakı roluna, Qafqazda sülhün, əmin-amanlığın bərpasında, dinlərarası münasibətlərin möhkəmləndirilməsində, tolerantlıq mühitinin formalaşmasında çoxillik fəaliyyətinə görə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB