ANAMA NATO-nun keçirdiyi tenderin qalibi oldu

ANAMA NATO-nun keçirdiyi tenderin qalibi oldu
ANAMA partlayıcı sursatların zərərsizləşdirilməsi sahəsində NATO-nun Gürcüstanda həyata keçirdiyi layihə çərçivəsində NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA) tərəfindən keçirilən tenderin qalibi olub. Qurumdan SİA-ya verilən məlumata görə, bir çox xarici şirkətlərin udmağa çalışdığı bu tender əsasında qazanılmış müqavilə çərçivəsində ANAMA mütəxəssisləri Gürcüstаn nümаyəndələri üçün 6 və 3 ay müddətlərində ANAMA-nın Göygöldə yerləşən bazasında partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təlim keçəcəklər. Təlimlər Gürcüstanda keyfiyyətə nəzarət/keyfiyyətə təminat, təlimatlandırmanın əsasları, sahə supervayzeri və informasiyanın idarəolunmasını əhatə edəcək. Qeyd edək ki, ANAMA mütəxəssisləri tərəfindən 33 Gürcüstan hərbçiləri üçün həyata keçirilən ikinci EOD Kursu (partlayıcı qurğuların zərərsizləşdirilməsi) başa çatıb. 15 nəfərlik heyət üçün isə 1 avqust 2011-ci il tarixindən Texniki Tədqiqat Kursuna başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə