Bu gün hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Bakıda Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 35-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 26-27 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə