Azərbaycan növbəti ildən NATO ilə yeni bir minatəmizləmə layihəsnə başlayacaq

Azərbaycan növbəti ildən NATO ilə yeni bir minatəmizləmə layihəsnə başlayacaq
Azərbaycan növbəti ildən NATO ilə yeni bir minatəmizləmə layihəsnə başlayacaq. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib. O bidlirib ki, 2012-ci ilin yanvar ayından etibarən reallaşması nəzərdə tutulan layihə çərçivəsində Ceyrançöl adlı sahədə mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi aparılacaq. Ceyrançöldə təmizlənəcək sahənin 60 milyon kvadrat metr ərazini əhatə etdiyini deyən N.İsmayılov vurğulayıb ki, bu ərazidə keçmiş Sovet ordusunun ən böyük hərbi poliqonu yerləşdiyindən orada böyük minalı sahələr, atılıb partlamamış döyüş sursatlarına təsadüf olunur.


Ceyrançöl layihəsinin böyük layihə olduğunu deyən rəhbər bu işlərin NATO-nun dəstəyi ilə aparılacağını vurğulayıb. O, artıq layihə hazırlanaraq NATO-ya göndərildiyini və müsbət qarşılandığını bildirib".


Digər məsələyə münasibət bildirən N.İsmayılov qeyd edib ki, Azərbaycan işğal olunmuş Dağlıq Qarabağ ərazisində minatəmizləmə fəaliyyəti göstərən Böyük Britaniyanın "Halo Trust" təşkilatının avadanlıqlarının ölkə ərazisindən keçməklə Əfqanıstana aparılmasına icazə verməyib. Onun sözlərinə görə, ölkə gömrükçüləri tərəfindən Əfqanıstana göndərilən və minatəmizləmədə istifadə olunan avadanlıqlar bu yaxınlarda saxlanılıb: "Məsələyə Azərbaycanın müvafiq qurumları qarışıb. ANAMA tərəfindən verilən rəydə "Halo Trust" təşkilatının işğal altındakı Azərbaycan ərazilərində - Dağlıq Qarabağda icazəsiz fəaliyyətinə görə rəsmi Bakının "qara siyahısı"nda olduğu bildirilib. Bundan sonra həmin şirkətə məxsus avadanlıqların üzərinə həbs qoyulub".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня