“Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”

Müstəqil Azərbaycan Respublikası inkişaf etdikcə, ictimai təhlükəsizlik və qanunun aliliyi dövlət siyasətinin əsas priroitetlətindən biri olaraq qalmaqda davam edir. Polis bu sistemdə xüsusi yer tutur və qanunçuluğun, sabitliyin və vətəndaşların maraqlarının qorunmasının etibarlı qarantı kimi çıxış edir.
Azərbayan polisi son 30 ildən artiq bir dövrdə məhz bu strateji xətlə inamla addımlayır və ən yüksək səviyyədə bu vəzifələrin qətiyyətlə həyata keçirilməsinə nail olur. Bu uğura yol açan isəson onilliklərdə polis sistemində yuxarıdan aşağa bütün qurumların təkmilləşdirilməsinə yönəlmiş genişmiqyaslı islahatların həyata keçirlməsidir. Müasir informasiya texnologiyaları fəal şəkildə tətbiq olunur, dövlət xidmətlərinin göstərilməsi üçün rəqəmsal imkanlar genişlənir, təkmilləşdirilmiş təlim və ictimaiyyətlə daha yaxşı əlaqə istiqamətində addımlar atılır və kadr hazırlığı səviyyəsi artırılır. Maddi-texniki infrastrukturun gücləndirilməsinə və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə xüsusi diqqət yetirilir.
Etiraf etmək lazımdır ki, Azərbaycan polisi həmçinin milli təhlükəsizliyə, cinayətkarlığa qarşı mübarizəyə və sosial sabitliyin qorunmasına mühüm töhfə verir. Digər dövlət qurumları ilə yüksək səviyyədə koordinasiya müasir çağırışlara və təhdidlərə effektiv cavab verməyə imkan yaradır.


Azərbaycan Prezidenti İlham Əliyev polisinın bugünki həyatımızda strateji rolunu yüksək qiymətləndirərək qeyd edir: “...Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Biz uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha demək istəyirəm ki, bütün inkişafın təməlində dayanan amildir. Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Asayişi qorumaq polisin əsas funksiyasıdır. Deyə bilərəm ki, polis işçiləri bu vəzifəni uğurla icra edirlər”.
Həqiqətən bu gün ölkənin dinamik inkişafı fonunda polis qanunun aliliyinin və Azərbaycan vətəndaşlarının rifahının möhkəmləndirilməsinə misilsiz töhfə verərək dövlətin etibarlı dayağı olduğunu dönə-dönə sübut edir.
Bu reallığı qələmə alarkən Azərbaycan Polisinin ötən 2025-ci ildə əldə etdiyi uğurlara da ötəri bir nəzər salmaq istərdik. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ilin yekunları ilə bağlı kollegiya iclasındakı çıxışında qeyd etmişdir ki, 2025-ci ildə “cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib. Ümumən qanunla müəyyən edilmiş funksiyaların icrası digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə peşəkarlıq və qətiyyətlə davam etdirilib.
Cinayətkarlıqla mübarizənin nə qədər təhlükəli və ağır olduğunu bütün mahiyyəti ilə dərk etməyən insanlar əldə olunan bu sabitliyin hansı zəhmətin və risklərin nəticəsində nail olunduğunu bəlkə də heç təsəvvür edə bilmirlər. Əminliklə qeyd edirəm ki, buişlərin hər birinin arxasında polis zabit və sıravi heyətinin yuxusuz gecələri, silahlı canilər və cinayətkarlarla üzləşmək, onların polisin göstərişlərinə əməl etməyərək, onlara odlu silahdan atəş açması və həyatları üçün təhlükəli anların olması var.


Müasir Azərbaycan polisi yalnız asayişi qoruyan bir qüvvə deyil, həm də cəmiyyətə xidmət etməyə yönəlmiş mühüm sosial təsisatdır. Peşəkarlıq, vəzifəyə sədaqət və qanunun prinsiplərinə riayət onların işinin əsasını təşkil edir. Ona görə də vətəndaşlarla qarşılıqlı əlaqənin inkişaf etdirilməsi hazırda polisin fəaliyyətinin mühüm aspektlərindən birinə çevrilib. Bu gün artıq Azərbaycan polisi açıqlığa, əlçatanlığa və ictimai sorğulara operativ cavab verməyə əsaslanan yeni bir modellə fəaliyyət göstərir. Bu, cəmiyyətlə hüquq-mühafizə orqanları arasında etimadın və effektiv tərəfdaşlığın qurulmasına böyük töhfə verir.
Bunun ən təqdirəlayıq nümunəsini isə bu gün Azərbaycan polsinə qətiyyətlə rəhbərlik edən, dövlətin bu sahədəki siyasi xəttini uğurla həyata keçirən Daxili İşlər naziri, polis general- polkovniki cənab Vilayət Eyvazov nümayiş etdirir. Azərbacanan Baş polisi müxtəlif regionlarda müntəzəm olaraq keçirdiyi qəbullarda tabeliyindəki bütün zabit və rəis heyətinə təkrar-təkrar göstərir ki, güclü polis qüvvəsi qorxudan deyil, etibar edilən, inanılan qüvvədir. Məhz bu meyar polisin səmərəliliyinin əsas göstəricisinə çevrilməlidir.
Nazir bu addımları ilə təkcə ölkə başçısının verdiyi tövsiyələri praktik işdə göstərmir. Məsələn, dövlət başçısı çıxışlarında daim deyir: “İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət, qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir. Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir”.
Vilayət Eyvazovun regionlarda keçirdiyi qəbullarda sadə insanlar qarşı nümayiş etdirdiyi səmimiyyət, qayğıkeş münasibət və onlarla açıq söhbət vətəndaşlarda nə qədər böyük məmnunluq doğurmuşdur. Dövləti təmsil edən strateji bir qurumun rəhbərinin sadə insana belə səmimi, mehriban yanaşması, bütün şikayətlərini dinləməklə ona necə açıq olduğunu nümayiş etdirməsi, heç şübhəsiz onun simasında dövlətimizə xalqın inam və sevgisini qazandırır.
Əslində, baş polisin bölgələrdə regional polis idarə və şöbələrinin rəis və zabit heyəti qarşısında həyata keçirdiyi belə qəbullar, tam səmimiyyətlə deyim ki, onlara göstərilən ustad dərsləridir: “Baxın, öyrənin, insanlara belə davranın və onlarda dövlətə yüksək inam və etibar formalaşdırın”.
Bunu təsadüfü qeyd etmirəm. Çünki bir çox bölgələrdə polis idarələrinin və şöbələrinin rəisləri, bir çox zabitlər artıq nazirin bu ustad dərslərindən çox şey öyrəniblər və nazirin qarşıya qoyduğu tövsiyə, vəzifə və tapşırıqları bu istiqamətdə həyata keçirməyə böyük səy göstərirlər. Bu sırada Masallı rayon polis şöbəsinin rəisi polis polkovniki Azay Ağayevin adını çəkmək istərdim. Ümumən onun bölgəyə və bu məsul vəzifəyə təyinatından sonra şöbənin fəaliyyətində, sözün əsl mənasında, ciddi keyfiyyət dəyişiklikləri əhali arasında, xüsusilə regionun ziyalıları arasında böyük razılıqla qarşılanır. Şöbənin əməkdaşları daxil olan şikayətlərə, baş verən ən xırda qanun pozuntusuna belə çox operativ reaksiya göstərir və bölgədə ictimai asayişin və təhlükəsizliyin sabitliyinə böyük töhvə verirlər.


Qısa arayış: Polis polkovniki Azay Ağayev polisdə yeni isim deyil. Bir neçə bölgədə müxtəlif vəzifələrdə çalışıb - cinayət-axtarış şöbəsinin rəisi, polis şöbəsində əməliyyat üzrə rəis müavini, Daşkəsən rayon polis şöbəsinin rəisi və nəhayət, Masallı rayon Polis Şöbəsinin rəisi təyin olunub. İşlədiyi müddətdə peşəkarlığı, əhali və kollektivlə mehriban rəftarı ilə seçilib. Öz işində prinsipialdır və həmişə müstəqil mövqeyi ilə diqqət çəkib. Masallı rayon polis şöbəsində də eyni iş metodlarına üstünlük verir.
Polis şöbəsinin rəisi, polis polkovniki Azay Ağayevin qısa zamanda bölgədəki fəaliyyəti daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında ölkə üzrə həyata keçirilən polis islahatlarının Masallı rayonunda necə uğurla və ardıcıl şəkildə icra olunduğunu aydın şəkildə nümayiş etdirir.
Azay Ağayev şöbəyə rəhbərlik etdiyi dövrdən etibarən rayonda ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin olunmasını, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini və vətəndaş məmnunluğunun yüksəldilməsini fəaliyyətinin əsas prioritetləri kimi müəyyən edib. Onun rəhbərliyi altında polis–vətəndaş münasibətləri yeni, daha şəffaf və etimada əsaslanan mərhələyə qədəm qoyub.
Rayon ərazisində cinayətlərin vaxtında açılması, hüquq pozuntularının qarşısının alınması, ailə-məişət zəminində baş verə biləcək neqativ halların profilaktikası, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər təhlükəli cinayət növlərinə qarşı aparılan qətiyyətli mübarizə Masallı sakinləri tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə operativ-axtarış tədbirlərinin effektiv təşkili hüquq-mühafizə sisteminin çevik və peşəkar fəaliyyətini təmin edir.
Azay Ağayev mətbuata açıqlığı ilə də diqqət çəkən polis rəislərindəndir. Onunla söhbətimizin başlanğıcında son illərdə şöbənin uğurlarının sirrinin nədə olduğunu soruşanda çox səmimi olaraq dedi:
−General-polkovnik Vilayət Eyvazov bizi rəhbər vəzifəyə təyin edərkən apardığı söhbətlərdə xüsusi vurğulayır ki, müasir polis yalnız güc strukturu olaraq qalmamalıdır. Bəli, Azərbaycan polisinin ölkədə sabitliyin qorunmasında rolu danılmazdır. Lakin polis, prioritetləri təkcə nəzarət yox, həm də yardım göstərmək olan təhlükəsizlik xidməti sistemi olmalıdır. Daxili İşlər Nazirliyində son illər həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də budur və bu sistemin daxilindəki düşüncənin dəyişməsi ilə sıx bağlıdır.
Ona görə də son illərdə rəqəmsallaşma, təkmilləşdirilmiş təlim və ictimaiyyətlə daha yaxşı əlaqə istiqamətində ciddi addımlar atılıb. Cinayətkarlıqla mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə yanaşı, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və yeni xidmət mədəniyyətinin formalaşdırılması zərurəti də qarşımızda qoyulan çox ciddi vəzifələr sırasındadır.
Şöbəyə yeni rəisin təyinatından sonra rayonun yol polisinin işində də ciddi nizam-intizam özünü göstərməyə başlayıb. Xüsusilə sürücülərlə mədəni davranış, onlar arasında qaydalara əməl edilməsinin vacibliyi ilə bağlı izahat işlərinin aparılması, yolarda təhlükəsizliyin təşkili ilə əlaqədar müntəzəm olaraq reydlərin keçirilməsi yol polisinin işində ciddi dönüşün göstəriciləri sayıla bilər.
Rayonun yol polisi bölməsinin rəisi polis mayoru Asəf Mustafayev xidmətin fəaliyyətindəki keyfiyyət dəyişiliklərininəsasında duran amillərdən danışarkən qeyd etdi ki, ötən illərdə Azərbaycanda ümumilikdə yol hərəkəti təhlükəsizliyi ən çox müzakirə olunan ictimai məsələlərdən biri olaraq qalırdı. Lakin son illər bu sahədə infrastrukturun modernləşdirilməsi və texnologiyanın tətbiqi sayəsində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində, yol qəzalarının səviyyəsinin azalmasında müsbət göstəricilər özünü göstrməyə başlayıb. Xüsusilə DİN rəhbərliyinin həyata keçirdiyi islahatlar çərçivəsində Azərbaycan yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə kameralar, elektron protokollar və cərimə balları sisteminin fəal şəkildə tətbiq öz müsbət nəticəsini verməkdədir. Bu təkcə mərkəzi şəhərlərdə deyil, regionlarda da geniş tətbiqini tapıb. Yeni texnologiyaların tətbiqi sürücülərlə müfəttişlər arasında birbaşa təması minimuma endirmiş və korrupsiya riskini azaltmışdır.
Ümumiyyətlə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və qəzaların azaldılması sahəsində vəziyyəti dəyişdirmək üçün nə etmək lazım gəldiyini soruşanda, mayor Asəf Mirzəyev konkret cavab verdi ki, profilaktikaya xüsusi diqqət yetirilməlidir. Bunun üçün biz Masallı rayonu ərazisində qəzaya meylli ərazilərdə patrulların sayını artırır, qayda pozuntularının yalnız qeydə alınması deyil, qarşısının alınması üçün fəal maarifləndirmə işləri həyata keçirilir.


Yol polisinə etimadın artırılmasına gəldikdə isə söhbətimizdə iştirak edən Masallı DYP bölməsi yol polisi xidmətinin müfəttişi Azər Rəcəbli təcrübəsinə söykənətək dedi:
– Burada bir əsas amil çox mətləblərə aydınlıq gətirir: Qanun qarşısında bərabərlik. Etimadın əsasını bu təşkil edir. Çünki cəmiyyətdən gələn əsas şikayətlərdən biri qanunun seçmə şəkildə tətbiqi məsələsidir. Ona görə də aşağıdakıları təmin etmək vacib məsələlərdəndir: bütün sürücülərə vahid yanaşma; “imtiyazlı” yol istifadəçilərinin olmaması; cərimələrin tətbiqində şəffaflıq.
Rayon Polis şöbəsinin rəisi Azay Ağayev təkcə yol polisinin əməkdaşlarına deyil bütün bölmənin zabit və sıravi heyətinə etimadın məhz insanlara imtiyazlar görə deyil, ədalətli yanaşma ilə təmin edildiyini təblig edir və rayonda qanunçuluğun, ictimai asayişin qorunmasında bu amildən çıxış etməyi vəzifə olaraq tapşırır.
Polis rəisi qeyd edir ki, son illər bölgədə ciddi narahatçılıq doğuran narkomaniya və narkotik maddələrin qanunsuz satışı ilə bağlı cinayətlərin artması faktıdır. Doğrudur, ötən ilə ölkə miqyasında qeydə alınan bu xarakterli cinayətlərin sayına görə rayonumuz arxa yerlərdədir. Lakin bunun üçün əməkdaşlarımız geniş profilaktik işlər görür və bu sahədə rayonun ziyalılarının gücündən istifadə edirlər.
Rayonun orta məktəblərində “Narkomaniyaya yox deyək” və erkən nigahlara qarşı mübarizə mövzularında tanınmış ziyalıların iştirakı ilə geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Doğrudur, bu profilaktik tədbirlər öz bəhrəsini verir, ancaq islah olunmayan insanlar da var və onlar öz şakərlərindən əl çəkmirlər. Məsələn, Masallı RPŞ-nin əməkdaşlarının 27 aprel 2026-cı ildə keçirtdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu Alar kənd sakini Ağayev Pirali Balasən oğlundan Masallı rayonu ərazisində ümumilikdə 13kilqram 280 qram qurudulmuş marixuana, 450 qram heroin və 350 qram tiryək aşkar olunaraq götürülmüş və faktla bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaqa başlanıb.
Bu faktlara diqqət yetirərkən nə qədər böyük zəhmət çəkildiyinin, neçə-neçə insan taleyinin bu bəlaya düçar edilməsinin qarşısının alındığına heyrət etməyə bilmirsən.
Azərbaycan polisinin mübarizə gündəliyində yer alan cinayətlər siyahısında bu gün ən müasir cinayətlər sırasında kibercinayətlər də yer alıb və onun miyası demək olar, hər gün genişlənir. Daxili işlər naziri Vilayət Eyvazov rəhbərlik etdyi polsin bu sahədə daha keyfiyyətli mübarizə aparmasına xüsusi diqqət ayırır. Kibercinayətkarlıq adı ilə dünyada ən böyük təhdidlərdən sayılan bu qorxulu cinayət növünün qarşısının alınması məqsədilə artıq bir neçə ildir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Mərkəzi fəaliyyət göstərir. Mərkəz kibercinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli aparılması, vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara cavab verən iş şəraitində həyata keçirilməsi məqsədilə yaradılıb.
Təkcə kibercinayətkarlığa qarşı münbarizə sahəsində deyil, ümumiyyətlə şəxsi heyətin peşəkarlığının artırılması, mükəmməl nəzəri və praktiki hazırlığa malik olması, müasir iş metodlarına yiyələnməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ölkə daxilində və xarici dövlətlərdə keçirilən təlim, seminar, treninq, kurslara və onlayn formatda proqramlara 63 mindən çox polis əməkdaşı və Daxili Qoşun hərbi qulluqçusu cəlb edilib.
Bütün bunlar onu göstərir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda ictimai sabitlliyin təmin edilməsi, qanunçuluğun qorunması və sabitliyi təhdid edən cinayətkarlığa qarşı mübarizəni keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün zamanın ən müasir metodlarının Azərbaycan polis strukturlarına tətbiqi üçün bütün imkanlardan maksimum istifadə edir. Görülən işin ən parlaq nəticəsi isə günümüzdə sabitliyin, əminamanlığın və asayişin regional nümunəsinə çevrilən müstəqil Azərbaycan reallığıdır.
Məhz buna görə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev sosial şəbəkələrdəki paylaşımlarının birində yazır: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.

Bəxtiyar HÜSEYNOV,
Azərbaycan Prezidenti taqüdçüsü,
yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə