Sabah hava necə olacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

"İyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, lakin 7-dən 8-nə keçən gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var: "Şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti olacaq. Bölgələrdə və əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarında yağış yağacağı, şimşək çağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Havanın maksimal temperaturu Aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 18-23 dərəcə isti olacaq".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə