Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir - QMİ sədri

Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir. SİA xəbər verir ki, bu sözləri qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, bu, Azərbaycanın dövlət siyasəti və onun nəticəsidir:

“Azərbaycanda sovet dövründə 17 məscid var idisə, bu gün minlərlə məscidimiz var. Bu şərairi yaradan da dövlətdir. Bu həm də din və dövlət arasındakı münasibətin göstəricisidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə