"Taksi fəaliyyəti ilə bağlı onu demək olar ki, təxminən 2-3 il ərzində mütəmadi olaraq taksilərlə bağlı yeniliklər, onun üzərində görülən işlər, əlavə qrafik cədvəllərin hazırlanması, işçilərin işə götürülməsi prosesinin sadələşdirilməsi və işçi-sərnişin münasibətlərinin qurulması fonunda addımlar atıldı". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, bu islahatlar öz sözünü deməyə davam edir: "Amma bu islahatların bir qolu da yenilənən nəqliyyat vasitələri ilə bağlıdır. O cümlədən də sərnişin-sürücü münasibətləri və nəqliyyat vasitələrinin sayının kifayət etməməsi ilə bağlıdır. Nəqliyyat vasitələrinin sahibləri mütləqdir ki, öz idarə etdiyi nəqliyyat vasitələrini, şirkətlər vasitəsi ilə qeydiyyata alan zaman bu və digər formada dövlət əsaslı tədbirlərdən istifadə edə bilsinlər. Yəni onlar öz işlərini və qrafiklərini elə təkminləşdirməlidirlər ki, yeni nəqliyyat vasitələrini təmin edə bilsinlər ki, daim mütəmadi olaraq müştəri məmnunluqundan razı qalsınlar. Bildiyimiz kimi əvvəllər taksi bolluğu var idi, müştəri məmnuniyyəti əsas qiymət faktorunda idi. Qismən qiymətlər qalxdı, lakin yenə də müştərilər taksidən istifadə etməyə davam edir. Amma burada sərnişinlər yox, nəqliyyat vasitələrinin say etibarından söhbət açsaq görürük ki, taksinin sayları azalmağa başlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə