Qarabağ "DOST Evi" şöbəsində benefisiarların qəbulu ilə bağlı Qiymətləndirmə Komissiyası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ "DOST Evi" şöbəsinə benefisiarların ilk qəbulu keçirilib. Qarabağ Regional DOST Mərkəzində yerləşən şöbəyə qəbul üçün 38 vətəndaş müraciəti qeydə alınıb. Qiymətləndirmə Komissiyası tərəfindən iclasda iştirak edən 27 nəfərin müraciəti dəyərləndirilərək, bacarıqları yoxlanılıb. Onlar Floristika, Kulinariya, Təsviri incəsənət, Xalçaçılıq, toxuma və tikmə, Bədii oyma və Dərzilik istiqamətləri üzrə təlimlərə yönəldiliblər.
Şöbəyə qəbul üçün Bərdə ilə yanaşı, Ağdam şəhəri, Tərtər rayonu və ətraf kəndlərdən də vətəndaşlar müraciət edib. Burada bölgədə yaşayan həssas əhali qruplarına aid şəxslərin yaradıcılıq imkanlarının genişləndirilməsi, peşə vərdişlərinin təkmilləşdirilməsinə dəstək göstəriləcək.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla başa vuran 3 benefisiar hazırda Qarabağ "DOST Evi" şöbəsində təlimçi kimi fəaliyyətə cəlb olunub. Bu da həssas əhali qruplarına aid, xüsusilə əlilliyi olan şəxslərin məşğulluğunun təminatı, sosial rifahının yaxşılaşdırılması istiqamətində göstərilən dəstək tədbirlərinə töhfə olacaq. Şöbədə fəaliyyət göstərəcək təlimçilər və digər işçilərin əksəriyyəti də əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplar arasından seçilir.
Qarabağ "DOST Evi" şöbəsinə qəbul prosesi hazırda davam etdirilir. Əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin üzvləri müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar ilkin növbədə həmin ərazi üzrə DOST Mərkəzləri və SXA-nın yerli nümayəndəliklərində qeydiyyatdan keçməlidirlər. Təlim müddətini uğurla başa vuran şəxslərə sertifikatlar veriləcək.
Mətləb Salahov

Xəbər lenti
“Üfüq” Karyera İnkişaf Proqramının qalibləri mükafatlandırılıblar
İqtisadiyyat 17:56Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
İqtisadiyyat 17:18AMB kredit kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib
İqtisadiyyat 16:55PUA Akademiyasının buraxılış mərasimi keçirilib
Siyasət 16:46Saleh Məmmədov Ağsuda vətəndaşları qəbul edib
Sosial 16:34AQTA qarpız və yemiş məhsullarını monitorinq edib
Səhiyyə 16:33“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Texnologiya 16:29Ermənistanın dost və qaz problemi - PROQNOZ
Siyasət 16:26Vəzifəlilərin məhkəməsi başlayır
Hadisə 16:13Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanılıb
İqtisadiyyat 16:06Magistraturaya sənəd qəbulu müddəti uzadılıb
Təhsil 15:38"Çelsi" futbolçusunu icarəyə verib
İdman 15:32İcra prosesində yeni mərhələ
Siyasət 15:25Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib
Səhiyyə 15:21TƏXRİBAT - SÖZARDI
Siyasət 15:09Arif Babayev dəfn edildi - YENİLƏNİB/FOTOLAR
Mədəniyyət 14:53Mərdəkanda ağaclıq ərazidə yanğın olub
Hadisə 14:50SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib
İqtisadiyyat 14:29Ötən ay 7 min hektardan çox ərazi minalardan təmizlənib
Siyasət 14:17Dua Lipa Kosovo Respublikasının vətəndaşlığını qəbul edib
Şou-Biznes 14:11Mülki şəxslər məhkəmədə ifadə veriblər
Siyasət 14:04ADB Azərbaycana layihələrin icrasını təkmilləşdirməkdə kömək edəcək
İqtisadiyyat 14:00Xankəndidə zərərli orqanizmlərə qarşı fitosanitar tədbirləri keçirilib
İqtisadiyyat 13:55Xalq artisti Arif Babayevlə vida mərasimi başa çatıb - FOTOLAR
Mədəniyyət 13:51Avtoqəza törədən sürücü həbs edilib
Hadisə 13:45Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib
Mədəniyyət 13:35"Levski" - "Sabah" oyununun hakimləri açıqlanıb
İdman 13:34"Kəpəz" futbolçusu ilə yollarını ayırıb
İdman 13:30“TV1” kanalı 1 yaşını qeyd edir
Sosial 13:20Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir
Mədəniyyət 13:03BTC ilə ixrac üzvi xloridlər aşkarlandıqdan sonra fasiləsiz davam edir - BP
İqtisadiyyat 13:01Göygöldə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
İqtisadiyyat 12:54Tarixi zəfərə imza atan partiya - TƏHLİL
Siyasət 12:42Azərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib - FOTOLAR
İqtisadiyyat 12:39Orqan Transplantasiyasında qaydalar və şərtlər - VİDEO
Səhiyyə 12:29Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə 12:21Fəhlə yıxılaraq ölüb
Hadisə 12:19Yanğın törədən şəxslər tutulub
Hadisə 12:09Qazaxda şirkət rəhbəri cərimələnib
Hadisə 12:08Soyğunçuluq edən şəxs saxlanılıb
Hadisə 12:07"Arif müəllimə sağlığında qiymət verildi" - TANINMIŞ APARICI DANIŞDI
Mədəniyyət 11:54Açıq ərazidə baş verən yanğın söndürülüb
Hadisə 11:50Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb
İqtisadiyyat 11:49Uşaqlar arasında yeni virus yayılıb? - HƏKİM AÇIQLADI
Səhiyyə 11:46Azərbaycanın Asiya İnkişaf Bankına borcu 7 %-ə yaxın azalıb
İqtisadiyyat 11:435 minə yaxın çətənə kolu məhv edilib
Hadisə 11:37Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq
Mədəniyyət 11:26Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9409
-0,16%
-
GBP 2,2433
-0,56%
-
RUB 2,1107
+0,66%

2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;