Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin yanvar-avqust aylarında 1450 şəxsə əlillik təyin olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, onlardan 906 nəfərə ilkin, 544 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə