Masallıda vətəndaşların ərizə və şikayətləri diqqətlə araşdırılır

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir. Qəbulda RİHB aparatının məsul əməkdaşları, hüquq — mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.

Növbəti qəbulda müxtəlif ərazilərindən ümumilikdə 25 nəfərə yaxın vətəndaş müraciət etmişdir.
Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.
RİH başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

Masallılı sakinlər onlarla görüşmək üçün vaxtaşırı vaxt tapıb kəndə gəldiyinə, vətəndaşlarla daim ünsiyyət qurduğuna, diqqət və qayğı göstərdiyinə görə Araz Əhmədova dönə-dönə səmimi minnətdarlıqlarını bildirmişlər.

Qeyd etmnək yerinə düşər ki, son illər 230 minə yaxın əhalinin yaşadığı Masallı rayonuda, eləcə də yaşadıqları çəhər və kəndlərin, qəsəbələrin inkişafında daim yeniliklərin, aparılan abadlıq — quruculuq işlərinin əyani şahidi oluruq. Bu daim belədir. Fürsət düşdükcə daxili imkanlar hesabına şəhər yolları asfaltlanır, kənd küçələri qumlanır, təzə parklar salınır, yaşıllıqlar artırılır. Masallınıpn bu günü gözəldir, sabahı daha gözəl olacaqdır.
Masallılılar həmçinin bu gün dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşılandıqları haqqında söhbət açmışlar. Masallılar həmişə olduğu kimi bu dəfə də ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini çatdırıblar.

ƏLİHÜSEYN ŞÜKÜROV.

Bütün xəbərlər Facebook səhifəmizdə