Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur - Agentlik sədri
Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir.
M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan üç aktiv layihə var:
“Bunlar məqsədli proqrmalar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib, Administrasiyada yekun müzakirə mərhələsindədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB