Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb. SİA-nın xəbərinə görə, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.
Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə