“Azərbaycanda keçirilən kütləvi bayramlardan biri də Novruzdur. Bu, bizim həyat tərzimiz, milli birliyimizin, dünyaya sülh çağırışımızdır. Novruz küsülüləri barışıdırır, evlərə sevinc, insanlara təbəssüm, mehribanlıq bəxş edir. Təbiətin oyanış rəmzi səməni bayrama bayram qatır. Bu bayramın mahiyyətindən irəli gələn bəşəri dəyərlərin gücü tarixin ən keşməkeşli vaxtlarında belə onu qoruyub və bu günümüzə çatdırıb. Sovet hakimiyyəti dövründə belə bu bayramı bizə yasaq edə bilmədilər, onu nəsildən-nəslə miras kimi ötürə bildik. Müstəqillik illərində öz milli adət ənənələrinə tam sahiblənən Azərbaycan milli bayramlarını da dövlət səviyyəsində təmtəraqlı keçirmək fürsəti qazandı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Novruzla bağlı bütün ənənələrin kökündə bizim qədim zamanlardan bəri gələn və bu gün də yaşatmaqda olduğumuz bir çox ənənələr müasirləşmə dövründə də qalmaqdadır: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz bayramı ilə bağlı ən vacib məqamlardan biri, bəlkə də, insanların daim yaranışın sirrini öyrənmək ehtiyacı olmuşdur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Təsadüfi deyil ki, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Ölkə başçısı bildirdi ki, Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB