Həyatın ayrılmaz hissəsinə çevrilən internet hər mövzuda məlumat mənbəyidir. Elə internet istifadəçiləri də məlumat əldə etmək üçün digər istifadəçilərin təcrübə və biliklərini paylaşdıqları video və mətnlərə maraq göstərirlər. Paylaşma yolu ilə genişlənən informasiya şəbəkələrində bəzi istifadəçilər populyarlaşır. Üslubları, paylaşdıqları mövzular və istehsalları ilə məşhurlaşan paylaşımcılara da blogerlər deyilir.
Texnologiya və sosial medianın inkişafı müsbət addımdır. Belə ki, biz sosial şəbəkələr sayəsində bir çox mövzuda məlumatlanırıq, hər bir məsələdən xəbərdar oluruq. Lakin bu müsbət addımın özü ilə fəlakətlər gətirdiyi də bir həqiqətdir. Bu gün bloger adı ilə insanları aldadan, fırıldaq yarışmalar keçirən, pul qarşılığı yalan reklamlar edən, insanları qumar oyunlarına təşviq edən, sosial şəbəkədə qeyri-etik görüntülər paylaşan blogerlərin sayı da az deyil. Doğrudur, bu gün blogerlər bir sıra dövlət əhəmiyyətli tədbirlərə dəvət alır, onların işıqlandırılmasında çox yaxşı xidmət göstərirlər. Amma təəssüf ki, yaxşılar çox azdır. Əksəriyyət sosial şəbəkədən sui istifadə edir. Çox təəssüf ki, bir çox izləyicilər də onların qurbanı olaraq həmin şəxsləri izləyir, inanır, dəstəkləyir.
Bloger olmaq üçün konkret universitet bitirmək kimi bir kriteriya yoxdur. Günümüzdə fikirlərini bölüşmək istəyən və sosial şəbəkədən istifadəni bilən insanlar bu peşə ilə məşğul olurlar. Bir sözlə, əlində telefonu olan əksəriyyət insan blogerlik etmək arzusundadır.
Kimdir bloger?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Bloger öz bloq saytında makiyaj, yemək, dəb və səyahət kimi müxtəlif məzmunlu postlar paylaşır, məqalə üçün uyğun başlıqlar və fotoşəkillər seçir, daha çox insana çatmaq üçün sosial mediadan aktiv istifadə edir. Blogerlər təkcə vebsaytdan asılı deyil, həm də video paylaşma platformalarında video məzmun istehsal edirlər.
Bloger oxucuların diqqətini cəlb etmək üçün müvafiq mövzular müəyyən edir. O, seçdiyi mövzu ilə bağlı oxucuları bezdirməyəcək uzun, orijinal mətnlər yazır. Unutmayın ki, uğurlu bir bloger olmaq və daha çox oxucuya çatmaq üçün texnologiyanı və mövcud inkişafları izləmək lazımdır.
Bloger olmaq üçün hansı şərtlər var?
Bloger olmaq üçün tələbləri aşağıdakı kimi sıralamaq olar:
- Güclü izah etmə bacarıqlarına sahib olmaq
- Şifahi sahəyə meylli olmaq
- Kompüter istifadəsini mənimsəmək
- Veb sayt panelindən istifadə haqqında biliklərə sahib olmaq
Bloger olmaq üçün hansı təlimlər lazımdır?
Universitetlərin Yeni Media və Kommunikasiya və ya İctimaiyyətlə Əlaqələr departamenti kimi kommunikasiya fakültələrini bitirən insanların bu peşədə daha çox üstünlükləri ola bilər. Bu peşədə uğur qazanmaq üçün Tətbiqi Rəqəmsal Məzmun Yazma Təlimi və Əsas SEO Təlimi kimi sertifikatlaşdırma proqramlarında iştirak etmək vacibdir.
Bloger neçə il oxuyur?
Bloger olmaq üçün müəyyən vaxtda təlim keçmək tələbi yoxdur. Çünki 90 faiz bloger olmaq üçün konkret təhsil meyarları yoxdur. Yəni həm orta məktəb, həm də universitet məzunları bloger kimi fəaliyyət göstərə bilər.
Blogerlərin maaşları nə qədərdir?
Blogerin maaşı izləyici kütləsinə və əməkdaşlıq etdikləri markalara görə individualdır. Yəni, blogerin əmək haqqı diapazonu bloqa gələnlərin sayından, reklam gəlirlərindən, blogerin öz sahəsində nə qədər məşhur olmasından və s. asılıdır.
Bloger peşəsinin çətinlikləri nələrdir?
Bloqçu olmağın mənfi cəhətlərini belə izah etmək olar:
- Blogerlər ancaq özəl sektorda işləyə bilər.
- Sığorta şəraiti kifayət qədər inkişaf etdirilməyib.
- Bu peşədə müntəzəm və yüksək gəlir əldə etmək çətindir.
- Bloq yaratmaq bu gün ilk yarandığı vaxtdan daha az populyardır.
Bloger olmağın üstünlükləri nələrdir?
- Şəxsi inkişafa töhfə verən bir peşədir.
- Bloger olmaq üçün xüsusi universitet fakültəsini oxumağa ehtiyac yoxdur. Bu, tələbə ikən də edilə bilən bir peşədir.
- Tanınmış blogger, xüsusən də reklam gəlirləri hesabına qazancını artıra bilər.
Xaricdə bloger olmağın üstünlükləri nələrdir?
- Bu, şəxsə blog sahəsində yerli olaraq yeni iş təklifləri almağa imkan verir.
- Xarici dili təkmilləşdirməyə kömək edir.
- Bu, insana yeni məzmun mövzuları yaratmağa kömək edir.
Bloger kimi necə geyinmək olar?
Bloger geyim kodu yoxdur. Blogerlər əsasən bu peşə ilə evdən işləyərək sərbəst şəkildə məşğul olurlar. Buna görə də onlar müəyyən bir geyim koduna tabe deyillər.
Bloq növləri hansılardır?
Müxtəlif vebsayt növləri olduğu kimi, məzmununa görə təsnif edilən müxtəlif növ bloglar da var. Bloq növləri də blogerin təcrübə sahəsini göstərir. Bloqçu öz adından və ya bir qurum üçün məzmun hazırlayaraq bloqu idarə edir.
Korporativ Bloqlar: Demək olar ki, hər bir şirkətin özləri haqqında məlumat verən və hədəf auditoriyası ilə məlumat paylaşmağa imkan verən bloq səhifələri var. Oxucu ilə əlaqə yaratmaqdan əlavə, səhifələr sayta trafik yaratmaq üçün də funksionaldır.
Şəxsi Bloqlar: Bloq yazan insanların fərdi təcrübələrinə və fikirlərinə diqqət yetirir. Bu, insanların maraqlarına yönəlmiş birdən çox mövzuda məqalələrdən ibarət ola bilər.
Hobbi Bloqları: Onlar bloqçuların hobbiləri çərçivəsində formalaşır. Əl işləri, bəzək, hobbi, fəaliyyətlər bloqun mövzusudur.
Səyahət Bloqları: Səyahət bloqları kimi də tanınan bu səhifələrdə ziyarət edilən və görülən yerlər göstərilir. Turistik yerlər, yemək və içki kimi mövzular alt başlıqlardır. Səyahət bloqlarında əsasən turizm şirkətləri ilə müqavilələr imzalanır. Qarşılığında bloger getdiyi ölkələri çəkib paylaşıb reklam edir.
Moda Bloqları: Moda meylləri, moda hadisələri və üslub təklifləri bloqların əsas mövzularıdır.
Texnologiya Bloqları: Bloqlarda yeni məhsulların tətbiqi və sınaqdan keçirilməsi, ən son texnoloji xəbərlər və inkişaflar müzakirə olunur.
Bloq yazarkən nələrə diqqət etməli?
Bloq yazmağın müəyyən qaydaları var. Qaydalar bloqun növündən, hədəf auditoriyasından və mövzudan asılı olaraq müəyyən edilir. Korporativ bloqlarda daha çox rəsmi, şəxsi bloqlarda brendə əhəmiyyət vermədən daha səmimi şərhlər edilə bilər. Burada tənqid və mənfi təcrübələr də daxil edilə bilər. Təbii ki, bütün növ bloqlarda yazı dilinin qrammatik qaydalarına əməl olunması böyük əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin fikirlərini öyrəndik: “Dünyada bloger hər hansısa bir kontent yaradan və özünəməxsus kontent hazırlayan şəxslərə deyilir. Əsasən hansısa istiqamətlər üzrə populyarlaşan blogerlər var.
Blogerlik daha çox internet medianın yarandığı ilk illərdən etibarən məşhurlaşmışdır. Son illərdə artıq blok spot üzərindən biz gördük ki, blogerlər sosial şəbəkələrə inteqrasiya oldular. Dünya ölkələrində bloggerlik daha çox spesifik xarakter daşıyır və hansısa bir sahə üzrə mütəxəssis olan şəxslər bu istiqamətdə postlar hazırlayır, paylaşımlar edirlər. Ancaq bizdə isə çox təəssüflər olsun ki, yerindən duran, hansısa bir səhifəyə sahib olan və bir az izləyici yığan şəxs özünə bloger deyir. Amma o blogerin fəaliyyəti ilə yaxından tanış olanda məlum olur ki, o ümumiyyətlə bloggerliyin nə olduğunu bilmir, sadəcə olaraq bu məşhur ifadəni özünə ləqəb kimi götürür.
Azərbaycanda da təbii ki blogerlər var. Amma spesifik olaraq hansısa bir sahə üzrə mütəxəssisləşən blogerlərin sayı çox azdır. Məsələn, səyahət, yemək, səyahət blogerləri və hansısa bir sosial mövzulardan yazan blogerlər var. Amma çoxluğa baxanda isə çox təəssüflər olsun ki, hansısa öz şəxsi həyatını paylaşan, getdiyi məkanlardan cəmiyyət üçün heç bir faydası olmayan postlar paylaşan insanlar da özlərinə bloger deyirlər. Bu da təbii ki cəmiyyətdə bloger adınınn aşağılanmasına gətirib çıxarır.
Blogerlərin cəmiyyətdə rolu əslində hər hansısa bir hadisəni üzə çıxartmaq və yaxud hər hansı bir hadisə ilə bağlı insanları maarifləndirmək, insanları düşündürmək, yol göstərməkdən ibarətdir. Onlar hər hansı bir məhsulu belə cəmiyyətə təqdim edərkən blogerlər öz nüfuzlarından istifadə edirlər. Əslində dünyada blogerlik bu sahədə çox inkişaf edib. Azərbaycanda isə spesifik olaraq bu sahələrdə çalışan blogerlərin sayı çox azdır. Çoxluq sadəcə olaraq öz fotolarını, videolarını paylaşaraq özünə bloger demək niyyətində olan şəxslərdir. Amma cəmiyyət tərəfindən nüfuz qazanan fikirlərinə sayğı duyulan blogerlərin sayı azdır. Düşünürəm ki, bununla bağlı maarifləndirmə işlərinə ehtiyac var. Xüsusən gənclər arasında belə təlimlər, tədbirlər tez-tez keçirilməlidir. Ora mütəxəssislər dəvət olunmalı və bloger olmaq istəyən gənclərə yol göstərilməlidir. Onların kontent yaradılması, onların spesifik olaraq bu sahələrdə istiqamətlənməsi ilə təlimlər keçirilsə, məncə gələcəkdə daha peşəkar və dünyaya çıxan blogerlərin sayı arta bilər. Çox təəssüflər olsun ki, Azərbaycandan dünyada tanınan blogerlərin sayı barmaqla sayılacaq qədər azdır. Amma irəliləyən illərdə bu sahədə maarifləndirmə işləri və təhsil daha da güclənsə düşünürəm ki belə şəxslərin sayı arta bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə