Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səngərdən məktəbə qəhrəmanlıq körpüsü” adlı tədbir təşkil olunub.

SİA xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Rəfael Hüseynov adına 49 nömrəli intellekt məktəb-liseydə təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və qəhrəman müharibə iştirakçılarının həyat yolunu gənc nəslə tanıtmaq, vətənə bağlılıq hissini aşılamaq məqsədi ilə təşkil .

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə Agentliyin əməkdaşları, Vətən müharibəsi iştirakçıları - Salman Xudaverdiyev, Tehran Mahmudov, Şəmsi Məmmədov və Ramin Şirinov, həmçinin məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Vətən müharibəsi iştirakçıları Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük müharibə və keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.

Çıxış edənlər iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, qəhrəman Vətən övladlarının igidliklərindən danışıblar.

Məktəblilər onları maraqlandıran sualları qonaqlara ünvanlayıb, vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiyaları təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə