ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı başa çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti açıqlama verib. O danışığın 2 saat çəkdiyini bildirib.
“Düşünürəm ki, çox yaxşı keçdi. Rusiya və Ukrayna tezliklə atəşkəs və ən əsası müharibəyə son qoyulması istiqamətində danışıqlara başlayacaqlar. Şərtlər iki tərəf arasında müzakirə olunacaq”,- deyə Tramp əlavə edib. Liderlər ticarət mövzusunu da müzakirə ediblər. Tramp bildirib ki, Rusiya bu fəlakətli müharibə bitdikdən sonra ABŞ-la genişmiqyaslı ticarət sövdələşməsi etmək istəyir: “Mən buna razıyam. Rusiya üçün çox sayda iş yerləri yaratmaq və gəlir üçün böyük imkanlar var. Onların potensialı qeyri-məhduddur. Eyni şəkildə, Ukrayna öz ölkəsinin yenidən qurulması prosesində ticarətdə böyük bir fayda əldə edə bilər”.
Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasında tezliklə danışıqlar başlayacaq: “Putinlə danışdıqdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Fransa Prezidenti Emmanuel Makrona, İtaliyanın Baş naziri Corciya Meloniyə, Almaniya Kansleri Fridriks Mersə və Finlandiya Prezidenti Aleksandr Stubba məlumat verdim. Papanın təmsil etdiyi Vatikan da danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olduğunu bəyan edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə