Vulkan püskürdü, əhaliyə xəbərdarlıq edildi

İndoneziya Levotobi Laki-laki vulkanı ilə bağlı xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə qaldırıb. SİA xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya Agentliyi məlumat yayıb. Bildirilib ki, İndoneziyanın şərqindəki Flores adasında yerləşən vulkan mayın 18-də səkkiz dəfə 3-5,5 kilometr hündürlüklərə kül püskürüb. Mayın 19-da səhər saatlarında da püskürmə baş verib.

Səlahiyyətlilər əhalini və turistləri vulkanın ən az 6 kilometr uzaqlığında qalmağa çağırıb. Bundan əlavə, güclü yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını ola biləcəyi barədə xəbərdarlıq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə