Statistikaya əsasən, taksi xidmətindən istifadə edənlərin sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 90 milyon 828,9 min sərnişin taksidən istifadə edib ki, bu da 2023-cü illə müqayisədə 3,5 faiz azdır.
Buna səbəb nədir? Vətəndaşlar taksi xidməti ilə bağlı hansı fikirdədirlər?
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA), ekspertdən və paytaxt sakinlərindən açıqlama alınıb.
AYNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində aparılan kompleks islahatlar çərçivəsində son 10-11 ay ərzində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə