...Federal magistrallardan birində həbs olunmazdan əvvəl o, ev dustaqlığında idi. İstintaq onu Rusiyada terrorçu kimi tanınan təşkilatlara maliyyə dəstəyi verməkdə ittiham edir.
SİA-nın məlumatına görə, Moskvanın Ostankino Rayon Məhkəməsi terror təşkilatında iştirakda ittiham etdiyi tələbə Polina Kostikovanın həbs-qətimkan tədbirini dəyişib. Kostikova əvvəlcə ev dustaqlığında idi, lakin o, Rusiyanı tərk etməyə cəhd etdiyi üçün 2025-ci il iyunun 4-dək istintaq təcridxanasında saxlanılacaq.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs mayın 15-də yaşadığı yeri tərk edərək Rusiya-Gürcüstan sərhədini keçməyə cəhd edib.
Amma yolda taksiyə minərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Əvvəlcə ona qarşı cinayət işi açılıb, onu “Azov” və “Rusiya Könüllülər Korpusu” (terror təşkilatı kimi tanınıb və Rusiyada qadağan olunub) ilə əlaqədə ittiham ediblər. O, 2022-ci ildə Türkiyə və Gürcüstanda olduğu müddətdə onlara maliyyə dəstəyi verib.
...Amma mənə maraqlıdır, görən, tələbə qızda bu qədər pul hardanmış ki, hələ bir “terrorçu”lara da ötürürmüş..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə