...SİA-nın məlumatına görə, “Strana” nəşri “Edinye Novosti” telemarafonuna istinadən xəbər verir ki, ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığı olub.
Bunu CNN analoji məlumatı Ukrayna prezident administrasiyasına istinadən yayıb.
Tramp daha əvvəl Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra Zelenskiyə zəng edəcəyini demişdi.
Kremlin məlumatına görə, söhbət Moskva vaxtı ilə saat 17:00-a planlaşdırılıb.
TSN mənbələrə istinadən yazır ki, Tramp və Zelenski Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edəcək addımları müzakirə ediblər.
Telekanalın məlumatına görə, prezidentlər Trampın Putinlə danışıqlarından sonra bir-birlərinə yenidən zəng etmək barədə razılığa gəliblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə